20 mart 2026. Cümə

“Neftçi”nin 200-cü “qol silahı”


“Neftçi”nin 200-cü “qol silahı”

İqor Ribeyro “Neftçi”nin heyətində ilk çempionat qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Misli Premyer Liqasının XVIII turunda fərqlənib. O, “Araz-Naxçıvan”la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.

Ribeyro Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdı. İqora qədər daha 5 futbolçu bu siyahıya cari çempionatda daxil olub. Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da ilk qoluna əvvəlki turlarda imza atıb.

“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Heç bir digər komandanın 200 oyunçusu fərqlənməyib.

Qeyd edək ki, “ağ-qaralar”ın ilk qolunu 1992-ci il mayın 8-də “Xəzər”in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik “qol silah”ları siyahısına isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.







Misli Premyer liqa

“Zirə” səfərdə qələbə qazandı
  • Misli Premyer liqa
  • 16:57 19.03.2026
“Zirə” səfərdə qələbə qazandı
Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi