9 mart 2026. Bazar ertəsi

“Şamaxı” “Qarabağ” üzərində qələbə qazandı


“Şamaxı” “Qarabağ” üzərində qələbə qazandı

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunları çərçivəsində daha bir qarşılaşma baş tutub.

90deqiqe.Az xəbər verir ki, son oyun günündə ölkə çempionu “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda keçirilən görüş gözlənilməz nəticə ilə yadda qalıb. Meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub ediblər.

“Şamaxı”nın heyətində oyunun taleyini həll edən qolları Karim Rossi 26 və 41-ci dəqiqələrdə vurub. “Qarabağ”ın cavab qolu isə 76-cı dəqiqədə Musa Qurbanlının aktivinə yazılıb.

Günün digər qarşılaşmasında “Turan Tovuz” öz meydanında “Kəpəz”i qəbul edəcək. Matçın start fiti saat 19:00-da səslənəcək.

Xatırladaq ki, ötən gün keçirilən “Sumqayıt”–“Zirə” və “Sabah”–“Qəbələ” görüşləri qolsuz heç-heçə ilə yekunlaşıb. Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları martın 3-də təşkil olunacaq.







Misli Premyer liqa

Mövsümdə ilk, tarixdə 35-ci
  • Misli Premyer liqa
  • 13:03 06.03.2026
Mövsümdə ilk, tarixdə 35-ci
“Turan Tovuz” yarımfinala yüksəldi
  • Misli Premyer liqa
  • 17:00 05.03.2026
“Turan Tovuz” yarımfinala yüksəldi