21 iyun 2026. Bazar günü

“Sabah” Qabon millisinin hücumçusunu transfer edib


“Sabah” Qabon millisinin hücumçusunu transfer edib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Patrik Orfe Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalye” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.







Misli Premyer liqa

“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
  • Misli Premyer liqa
  • 12:49 20.06.2026
“Sabah” Rodriqo Fernandeşi transfer etdi