12 mart 2026. Cümə axşamı

“Turan Tovuz”dan minimal qələbə, “İmişli” – “Kəpəz” matçında qalib çıxmadı


“Turan Tovuz”dan minimal qələbə, “İmişli” – “Kəpəz” matçında qalib çıxmadı

Futbol üzrə Azərbaycan Misli Premyer Liqasında XIX turun növbəti oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında “İmişli” Qubada “Kəpəz”lə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb və tərəflər meydanı qolsuz heç-heçə ilə tərk ediblər. Bu nəticədən sonra “İmişli” 19 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Gəncə təmsilçisi “Kəpəz” isə 13 xalla 11-ci sırada yer alıb.

Turun digər oyununda “Turan Tovuz” “Azersun Arena”da “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda vurulan yeganə qolun müəllifi 15-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Alexandro Serrano olub.

Bu qələbə sayəsində ehtiyatda bir oyunu olan “Turan Tovuz” xalını 33-ə çatdıraraq turnir cədvəlində 3-cü pillədə möhkəmlənib. “Karvan-Yevlax” isə 6 xalla sonuncu – 12-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, XIX turun ilk oyun günündə “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı 4:1, “Zirə” isə səfərdə “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Tur fevralın 10-da keçiriləcək iki qarşılaşma ilə yekunlaşacaq.







Misli Premyer liqa

Premyer Liqada 50-ci qol
  • Misli Premyer liqa
  • 11:02 11.03.2026
Premyer Liqada 50-ci qol
100-cü qələbə
  • Misli Premyer liqa
  • 10:15 11.03.2026
100-cü qələbə
“Sabah” “Qəbələ”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:22 10.03.2026
“Sabah” “Qəbələ”ni darmadağın etdi
Mövsümün ən böyükhesablı qələbəsi
  • Misli Premyer liqa
  • 14:48 10.03.2026
Mövsümün ən böyükhesablı qələbəsi
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
  • Misli Premyer liqa
  • 10:52 10.03.2026
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı