13 mart 2026. Cümə

“Qarabağ” son dəqiqə qolu ilə “Şamaxı”nı məğlub etdi


“Qarabağ” son dəqiqə qolu ilə “Şamaxı”nı məğlub etdi

Misli Premyer Liqasının XIX turunda “Qarabağ” səfərdə “Şamaxı”nı məğlub edib.

90deqiqe.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 14-cü dəqiqədə meydan sahiblərinin heyətində Oruc Məmmədov tərəfindən açılıb. Cəmi 4 dəqiqə sonra “Qarabağ”ın yarımmüdafiəçisi Joni Montiel cərimə zərbəsindən baxımlı qola imza ataraq tarazlığı bərpa edib.

Gərgin keçən matçın taleyi son dəqiqələrdə həll olunub. 90+4-cü dəqiqədə Kamilo Duran qonaqlara qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran “Qarabağ” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 23 xalı olan “Şamaxı” isə 8-ci sırada yer alır.

Günün ikinci oyununda “Neftçi” “Qəbələ”ni qəbul edəcək.

Qeyd edək ki, turun əvvəl keçirilən görüşlərində “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2), “Turan Tovuz” “Karvan-Yevlax”ı (1:0) hesabı ilə məğlub edib. “İmişli” – “Kəpəz” oyununda isə qalib müəyyənləşməyib.







Misli Premyer liqa

Premyer Liqada 50-ci qol
  • Misli Premyer liqa
  • 11:02 11.03.2026
Premyer Liqada 50-ci qol
100-cü qələbə
  • Misli Premyer liqa
  • 10:15 11.03.2026
100-cü qələbə
“Sabah” “Qəbələ”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:22 10.03.2026
“Sabah” “Qəbələ”ni darmadağın etdi
Mövsümün ən böyükhesablı qələbəsi
  • Misli Premyer liqa
  • 14:48 10.03.2026
Mövsümün ən böyükhesablı qələbəsi
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
  • Misli Premyer liqa
  • 10:52 10.03.2026
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı