21 iyun 2026. Bazar günü

“Nəriman Axundzadənin gedişi bizim üçün ürəkaçan deyil”


“Nəriman Axundzadənin gedişi bizim üçün ürəkaçan deyil”

“Nəriman Axundzadənin gedişi bizim üçün ürəkaçan deyil”.

90deqiqe.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin 21 yaşlı hücumçusunun ABŞ-ın “Kolumbus Kru” klubuna mümkün transferi barədə danışıb.

Qurbanov bildirib ki, Axundzadə komandanın vacib oyunçularından biridir:

“Nəriman bizim ən məhsuldar futbolçularımızdandır. Sıx qrafikdə ona ehtiyacım var. Amma son vaxtlar bəzi məsələlərə görə getməsi lazım idi. Özündə deyildi, tez-tez fikirləri dəyişirdi, yazılanlardan təsirlənirdi”.

Baş məşqçi futbolçunun ayrılığını onun karyerası baxımından vacib addım kimi qiymətləndirib:

“Onun getməyinə ehtiyac var idi ki, öz oyununu tapsın. Son iki ildə çox əziyyət çəkib. Edəcək bir şey yoxdur. Əsas odur ki, transfer baş tutsun və onun üçün uğurlu olsun”.







Misli Premyer liqa

“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
  • Misli Premyer liqa
  • 12:49 20.06.2026
“Sabah” Rodriqo Fernandeşi transfer etdi