25 iyun 2026. Cümə axşamı

“Qarabağ” və “Zirə”dən minimal hesablı qələbə


“Qarabağ” və “Zirə”dən minimal hesablı qələbə

Misli Premyer Liqasında XX turun oyunlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, turun açılış matçında “Qarabağ” səfərdə “İmişli”nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı vurub.

Bu nəticədən sonra xallarının sayını 45-ə çatdıran “Qarabağ” ikinci pillədəki mövqeyini qoruyub. 19 xalı olan “İmişli” isə doqquzuncu sırada qərarlaşıb.

Turun digər oyununda “Zirə” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Qələbə qolunu 20-ci dəqiqədə Davit Volkov vurub.

35 xala yüksələn Bakı təmsilçisi üçüncü pilləyə möhkəmlənib. Altı xalı olan Yevlax klubu isə sonuncu – 12-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, XX tura fevralın 16-da yekun vurulacaq.







Misli Premyer liqa

"Zirə" Rövlan Muradovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 14:54 24.06.2026
"Zirə" Rövlan Muradovla yollarını ayırdı
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı