5 aprel 2026. Bazar günü

“Neftçi” yüksəlişini davam etdirir, “Araz-Naxçıvan” səfərdə qalib gəldi


“Neftçi” yüksəlişini davam etdirir, “Araz-Naxçıvan” səfərdə qalib gəldi

Misli Premyer Liqasında XX turun oyunları davam edir.

90deqiqe.Az-ın məlumata görə, Yuri Vernidubun baş məşqçisi olduğu “Neftçi” bu turda “Kəpəz”lə qarşılaşıb. Yevlax şəhər stadionunda keçirilən görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakı təmsilçisinin heyətində Bassala Sambu 27 və 38-ci dəqiqələrdə dubla imza atıb. Emin Mahmudov isə 40-cı dəqiqədə komandasının üçüncü qolunu vurub. “Kəpəz”in yeganə qolunu 35-ci dəqiqədə penaltidən Rauf Hüseynli vurub.

Qonaq komanda ikinci hissədə azlıqda qalıb. Belə ki, 72-ci dəqiqədə Məqsəd İsayev qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Neftçi” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Bakı klubu əvvəlki turlarda “Qəbələ”ni 1:0, “Araz-Naxçıvan”ı isə 4:0 hesabı ilə məğlub etmişdi. 13 xalı olan “Kəpəz” isə 11-ci sıradadır.

XX turun digər oyununda “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 45+5-ci dəqiqədə Ramon Maçado penaltidən vurub. 74-cü dəqiqədə isə “Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom qırmızı vərəqə ilə meydandan qovulub.

Hazırda “Sumqayıt” 30 xalla 6-cı, eyni xala malik “Araz-Naxçıvan” isə 7-ci pillədə yer alır.

Qeyd edək ki, turun digər qarşılaşmalarında “Qarabağ” “İmişli”ni, “Zirə” isə “Karvan-Yevlax”ı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 16-da yekun vurulacaq.







Misli Premyer liqa

Kadidən 40-cı qol
  • Misli Premyer liqa
  • 14:33 04.04.2026
Kadidən 40-cı qol
18 ildən sonra: Tarixdə 3-cü dəfə
  • Misli Premyer liqa
  • 14:13 04.04.2026
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
  • Misli Premyer liqa
  • 14:00 04.04.2026
“Zirə”dən 25-ci qələbə
“Sabah”dan 50-ci qol
  • Misli Premyer liqa
  • 13:51 04.04.2026
“Sabah”dan 50-ci qol
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi
  • Misli Premyer liqa
  • 19:39 03.04.2026
"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi
“Neftçi” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:07 20.03.2026
“Neftçi” “İmişli”ni darmadağın etdi