7 avqust 2026. Cümə

Kapitan Premyer Liqada 200-ə çatdı


Kapitan Premyer Liqada 200-ə çatdı

Azərbaycan Premyer Liqasının V turu “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, 37 yaşlı futbolçu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb.

Bu, təcrübəli futbolçunun mövsümdə ilk qarşılaşması olub. Karyerası ərzində “Turan” və “Neftçi”də də çıxış edən Sadıqov 2009/10 mövsümündən “Qarabağ”ın şərəfini qoruyur. Bu müddətdə 8 qol vuran futbolçu Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox oyun keçirən 10-cu futbolçu kimi düşüb.

Qeyd edək ki, Rəşad bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının “Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.

mövsüm

klub

oyun

qol

2009/10

Qarabağ (Ağdam)

20

1

2010/11

Qarabağ (Ağdam)

14

0

2011/12

Qarabağ (Ağdam)

27

2

2012/13

Qarabağ (Ağdam)

25

3

2013/14

Qarabağ (Ağdam)

25

0

2014/15

Qarabağ (Ağdam)

21

0

2015/16

Qarabağ (Ağdam)

19

2

2016/17

Qarabağ (Ağdam)

14

0

2017/18

Qarabağ (Ağdam)

18

0

2018/19

Qarabağ (Ağdam)

16

0

2019/20

Qarabağ (Ağdam)

1

0

 

 Cəmi

200

8

 







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı