5 avqust 2026. Çərşənbə

“İmişli” – “Şamaxı” matçında hesab açılmadı


“İmişli” – “Şamaxı” matçında hesab açılmadı

Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada “İmişli” ilə “Şamaxı” üz-üzə gəlib. Görüşdə hesab açılmayıb və tərəflər meydanı qolsuz bərabərliklə tərk ediblər – 0:0.

Bu nəticədən sonra meydan sahibləri xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Aktivində 25 xal olan “Şamaxı” isə 8-ci sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" öz meydanında"Zirə" üzərində 2:0 hesablı qələbə qazanıb. Eyni hesabla  "Araz-Naxçıvan" komandası  "Karvan-Yevlax" kollektivini məğlub edib.

"Sumqayıt" - "Qəbələ" matçında da qalib müəyyənləşməyib (0:0). Turun mərkəzi qarşılaşması hesab olunan "Neftçi" – "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı