5 avqust 2026. Çərşənbə

“Sabah”ın hücumçusu Premyer Liqada 100-cü oyununu keçirib


“Sabah”ın hücumçusu Premyer Liqada 100-cü oyununu keçirib

"Sabah"ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

90deqiqe.Az Peşəkar Futbol Liqasına İstinadən xəbər verir ki, almaniyalı hücumçunun yubileyi XXI tura təsadüf edib.

O, "Kəpəz"lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda – "Sabah"da forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Coy-Lens Mikels çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə o, minimum 100 matça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir.

Premyer Liqada 2021-ci ildə debüt edən Mikels ölkəmizdə yalnız "Sabah"ın formasını geyinib. O, 2021-23-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.

Qeyd edək ki, Coy-Lens Mikels turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı