10 aprel 2026. Cümə

Yenidən antirekord: Son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı


Yenidən antirekord: Son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı

Azərbaycan çempionatında son doqquz mövsümün antirekordu təkrarlanıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXI turunda reallaşıb.

Turun beş oyununda beş qol vurulub. "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı iki, "Sabah" "Kəpəz"i bir qolla məğlub edib. "İmişli" - "Şamaxı", "Sumqayıt" - "Qəbələ" matçlarında hesab açılmayıb. "Neftçi" – "Qarabağ" qarşılaşması isə təxirə salınıb.

Baş tutan 5 görüşdə orta məhsuldarlıq 1,00-a bərabər olub. Orta məhsuldarlığın 1,00 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün XII turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən 5 matçda 5 qol vurulub.

Bu, mövsümün yeni antirekordudur. Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun 6 matçında 8 qol vurulmuşdu. Orta məhsuldarlıq 1,33-ə bərabər idi.

Qeyd edək ki, daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümünə təsadüf edib. II turun 4 oyununda 3 qol vurulub və məhsuldarlıq 0,75 olub.







Misli Premyer liqa

AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol
“Turan Tovuz” səfərdə xal itirdi
  • Misli Premyer liqa
  • 17:26 07.04.2026
“Turan Tovuz” səfərdə xal itirdi