5 avqust 2026. Çərşənbə

Tarixin 9-cusu: Ardıcıl 10-cu qələbə


Tarixin 9-cusu: Ardıcıl 10-cu qələbə

"Sabah" Misli Premyer Liqasında ilk dəfə ardıcıl 10 qələbə qazanıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı klubu seriyasını yubiley həddinə XXI turda çatdırıb.

Paytaxt təmsilçisi evdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" bunadək "İmişli"ni 3:0, "Neftçi"ni 2:0, "Turan Tovuz"u 3:1, "Qarabağ"ı 2:1, "Sumqayıt"ı 3:1, "Karvan-Yevlax"ı 4:1, "Zirə"ni 3:1, "Araz-Naxçıvan"ı 4:1, "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.

İlk dəfə belə seriyaya imza atan "Sabah" turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8 klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə 18-cidir.

"Neftçi" hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. "Qarabağ"ın 4, "Şəmkir"in 2 belə seriyası var. "Bakı", "Kəpəz", "Turan", "Xəzər" (Sumqayıt) və "Xəzər Lənkəran" isə "Sabah" kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə çatdırıb.

Qeyd edək ki, "Sabah" növbəti turda "Qarabağ"la qarşılaşacaq.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı