13 mart 2026. Cümə

Ozobiç Azərbaycan millisinin sabiq üzvünün nailiyyətini təkrarlayıb


Ozobiç Azərbaycan millisinin sabiq üzvünün nailiyyətini təkrarlayıb

"TuranTovuz"un yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan millisinin sabiq üzvü Zaur Ramazanovun nailiyyətini təkrarlayıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXI turunun oyununda fərqlənməklə nail olub.

Ozobiç turnirdə 70-ci qolunu vuraraq bu göstəricidə Ramazanova çatıb.

Premyer Liqada 2016/2017 mövsümündə debüt edən Ozobiç "Qəbələ"də 16, "Qarabağ"da 35, "Neftçi"də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.

1. Nazim Əliyev - 183

2. Müşfiq Hüseynov - 125

3. Rövşən Əhmədov - 116

4-5. Qurban Qurbanov - 115

Samir Ələkbərov - 115

6. Alay Bəhramov - 108

7. Nadir Nəbiyev - 103

8-9. Xaqani Məmmədov - 102

Vadim Vasilyev - 102

10. Kənan Kərimov - 101

11. Musa Qurbanov - 94

12. Fazil Pərvərov - 89

13. Samir Musayev - 88

14-15. Fərrux İsmayılov - 85

İmamyar Süleymanov - 85

16. Samir Əliyev - 84

17. İsmayıl Məmmədov - 76

18. İlham Məmmədov - 74

19. Azər İsayev - 73

20. Paşa Əliyev - 72

21. Badri Kvaratsxeliya - 71

22-23. Zaur Ramazanov - 70

Filip Ozobiç - 70

Qeyd edək ki, Ozobiç "23-lük"də karyerasını davam etdirən yeganə futbolçudur.







Misli Premyer liqa

Premyer Liqada 50-ci qol
  • Misli Premyer liqa
  • 11:02 11.03.2026
Premyer Liqada 50-ci qol
100-cü qələbə
  • Misli Premyer liqa
  • 10:15 11.03.2026
100-cü qələbə
“Sabah” “Qəbələ”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:22 10.03.2026
“Sabah” “Qəbələ”ni darmadağın etdi
Mövsümün ən böyükhesablı qələbəsi
  • Misli Premyer liqa
  • 14:48 10.03.2026
Mövsümün ən böyükhesablı qələbəsi
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
  • Misli Premyer liqa
  • 10:52 10.03.2026
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı