5 avqust 2026. Çərşənbə

“Neftçi”nin ev arenasında ən böyük tribunaya Banişevskinin adı verildi


“Neftçi”nin ev arenasında ən böyük tribunaya Banişevskinin adı verildi

"Neftçi" tarixində növbəti əlamətdar addım atıb.

90deqiqe.Az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın 15 ilə yaxındır ev oyunlarını keçirdiyi "Palms Sports Arena" stadionunun ən böyük tribunası əfsanəvi futbolçu Anatoli Banişevskinin adını daşıyacaq.

Bu qərar  paytaxt təmsilçisinin əfsanəvi “9 nömrə”nin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı növbəti addımdır. Azərbaycan futbol tarixində silinməz iz qoymuş Banişevskinin adı bundan sonra arenanın ən böyük – “Cənub” tribunasına veriləcək.

Qeyd edək ki, bu il Anatoli Banişevskinin anadan olmasının 80 ili tamam olur. “Neftçi” rəhbərliyi və azarkeşlər üçün xüsusi önəm daşıyan bu qərar klubun tarixinə və ənənələrinə ehtiramın göstəricisi kimi qiymətləndirilir.

Beləliklə, “ağ-qaralar”ın ev oyunlarında azarkeşlər artıq əfsanəvi hücumçunun adını daşıyan tribunada komandaya dəstək verəcəklər.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı