4 noyabr 2026. Çərşənbə

Türkiyəli məşqçi Sabah'da?


Türkiyəli məşqçi Sabah'da?

Son olaraq "Adana Demirspor"u çalışdıran Ümit Özat Azərbaycanda işləyə bilər.

Corner.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, "Sabah" 42 yaşlı mütəxəssislə maraqlanır. Bakı klubunun nümayəndələrinin təcrübəli çalışdırıcı ilə danışıqlar aparmaq üçün İstanbulda olduğu bildirilib.

Qeyd edək ki, Ü.Özat karyerası ərzində "Ankaragücü", "Manisaspor", "Elazığspor", "Boluspor", "Samsunspor", "Mersin İdmanyurdu", "Gənclərbirliyi", "Giresunspor"u çalışdırıb.

Xatırladaq ki, "Sabah" baş məşqçisi  Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında yolları ayırıb. İqor Ponomaryov komandanın  müvəqqəti baş məşqçisi təyin olunub.







Misli Premyer liqa