5 avqust 2026. Çərşənbə

“Neftçi” 9 nömrəli forması ilə Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib


“Neftçi” 9 nömrəli forması ilə Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib

"Neftçi" əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli forması Banişevskinin xatirəsinə istifadədən götürüləcək.

Qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan unudulmaz hücumçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.

Bildirilib ki, Anatoli Banişevski 16 il ərzində "Neftçi"nin 9 nömrəli formasını şərəf və sədaqətlə geyinib, bu nömrə altında çoxsaylı qələbə qolları vuraraq klubun adını yüksəklərə daşıyıb.

Qeyd olunub ki, bu addım 89 illik tarixi ərzində Azərbaycan futboluna mühüm töhfələr vermiş "Neftçi"nin şanlı keçmişinə və klubun formasını daşımış bütün futbolçulara hörmətin ifadəsidir.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı