21 iyun 2026. Bazar günü

“Kəpəz” “Sumqayıt”ı darmadağın etdi


“Kəpəz” “Sumqayıt”ı darmadağın etdi

Misli Premyer Liqasında XXII turun növbəti oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşmada "Kəpəz" doğma azarkeşləri önündə "Sumqayıt" üzərində inamlı qələbə qazanıb – 3:0.

Gəncə təmsilçisi hesabı erkən dəqiqələrdə açıb. Oyunun 2-ci dəqiqəsində Ryonosuke Ohori fərqlənib. İlk hissədə üstünlüyünü davam etdirən meydan sahibləri 19-cu dəqiqədə Luis Paçunun qolu ilə fərqi artırıblar. 40-cı dəqiqədə isə həmin futbolçu penaltidən dəqiq zərbə ilə özünün ikinci, komandasının üçüncü qolunu vurub.

“Kəpəz” matçı azlıqda başa vurub. Belə ki, 62-ci dəqiqədə Nikola Ninkoviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran “Gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 10-cu pilləyə yüksəlib. 31 xalı olan “Sumqayıt” isə 6-cı sıradadır.

Qeyd edək ki, turun son oyunları martın 1-də keçiriləcək.







Misli Premyer liqa

“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
  • Misli Premyer liqa
  • 12:49 20.06.2026
“Sabah” Rodriqo Fernandeşi transfer etdi