25 iyun 2026. Cümə axşamı

“Qarabağ” – “Sabah” duelində qalib çıxmadı


“Qarabağ” – “Sabah” duelində qalib çıxmadı

Misli Premyer Liqasında XXII tura yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, turun son qarşılaşmasında “Qarabağ” “Sabah”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 3:3.

“Sabah”ın heyətində Xəyal Əliyev (13), Aaron Maluda (54) və Coy Lens Mikels (60) fərqləniblər. “Qarabağ” isə Pedro Bikalyo (73), Kevin Medina (78) və Musa Qurbanlının (84) qolları ilə məğlubiyyətdən xilas olub.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran “Sabah” turnir cədvəlinə başçılıq edir. 46 xalı olan “Qarabağ” isə ikinci pillədə qərarlaşıb.

Turun digər görüşlərində “Kəpəz” “Sumqayıt”ı 3:0, “Zirə” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Neftçi” – “Şamaxı” (2:2), “Qəbələ” – “Karvan-Yevlax” (1:1) və “Turan Tovuz” – “İmişli” (0:0) matçlarında isə qalib müəyyənləşməyib.







Misli Premyer liqa

"Zirə" Rövlan Muradovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 14:54 24.06.2026
"Zirə" Rövlan Muradovla yollarını ayırdı
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı