16 aprel 2026. Cümə axşamı

AFFA “Neftçi”nin hakimlərlə bağlı açıqlamalarına münasibət bildirib


AFFA “Neftçi”nin hakimlərlə bağlı açıqlamalarına münasibət bildirib

AFFA “Neftçi” klubunun hakimlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, milli assosiasiyanın rəsmi saytında yayılan bəyanatda Hakimlər Komitəsinin klub tərəfindən təqdim olunan bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazır olduğu qeyd olunub.

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ölkə futbolunun ali idarəedici qurumu olaraq fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir. AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır.

Son dövrlərdə AFFA Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılmış islahatlar məhz bu prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlib. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğun icra olunur və proseslərin institusional əsaslarla təkmilləşdirilməsi davam etdirilir.

Eyni zamanda bildiririk ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.

Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətə Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısını alınması məqsədilə bildiririk ki, AFFA Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.

Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.

AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq."







Misli Premyer liqa

“Qarabağ” 700 manat cərimələnib
  • Misli Premyer liqa
  • 12:43 15.04.2026
“Qarabağ” 700 manat cərimələnib
"Qəbələ"də yeni müqavilə
  • Misli Premyer liqa
  • 11:18 14.04.2026
"Qəbələ"də yeni müqavilə
“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
  • Misli Premyer liqa
  • 10:22 13.04.2026
Son 16 mövsümdə ilk: 2-ci het-trik