7 avqust 2026. Cümə

"Zirə"nin "Keşlə" ilə 17-ci dueli


"Zirə"nin "Keşlə" ilə 17-ci dueli

Zirə bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.

Corner.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə “Qartallar” VI turun matçında “Keşlə” ilə üz-üzə gələcək. Bu, iki komanda arasında 17-ci matç olacaq.
İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər son dörd çempionatın hərəsində 4 dəfə qarşılaşıblar. Bu görüşlərdə komandalar hərəyə 4 dəfə qalib gəliblər. 8 matç isə heç-heçə başa çatıb. “Keşlə” “Zirə”nin ən çox sülhlə ayrıldığı klubdur.

Qarşılaşmaların yarısı heç-heçə bitsə də, son üç oyunda tərəflərdən biri üç xal əldə edib. 2019-cu ilə təsadüf edən hər iki matçda “Zirə” qələbə qazanıb. Komandamız bu görüşlərdə iki top fərqilə qalib gəlib. “Qartallar”ın bombardiri Xulio Sezar Rodrigez oyunları qolsuz tərk etməyib.

Paraqvaylı “Keşlə” ilə qarşılaşmalarda ən çox qol vuran oyunçudur. O, üç dəfə fərqlənib. Yovan Krneta və Milan Duriç iki dəfə rəqib qapısına yol tapıb. “Zirə” arxada qalan 16 matçın top fərqində üstünlüyə malikdir – 17:15.

“Keşlə”nin meydanında 9-cu dəfə qonaq olacaq “Qartallar” səfərdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib meydanında 7 top vuran futbolçularımız eyni sayda qol buraxıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı