- Misli Premyer liqa
- 21:08 03.03.2026
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 27-ci dəqiqədə David Volkov açıb. Matçın sonlarında – 88-ci dəqiqədə Ceyhun Nuriyev fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
“Sumqayıt” görüşü azlıqda tamamlayıb. Qonaq komandanın heyətində Nikola Ninkoviç 84-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Tərəflər arasında keçirilən ilk görüş qolsuz heç-heçə ilə yekunlaşmışdı. Bununla da “Zirə” iki oyunun nəticəsinə əsasən yarımfinala yüksəlib.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları martın 5-də başa çatacaq.