5 avqust 2026. Çərşənbə

“Sabah”dan yubiley qolu, “Kəpəz”dən 35-ci məğlubiyyət


 “Sabah”dan yubiley qolu, “Kəpəz”dən 35-ci məğlubiyyət

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyununda (3:3, pen. 4:2) vurulan ilk qol “Sabah” üçün yubiley xarakteri daşıyıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Bakı klubu turnirdə 25-ci səfər qoluna sevinib. Bu topu rəqib qapısından Timoteuş Puxaç keçirib.

Paytaxt təmsilçisi buna 13-cü matçında nail olub. “Sabah” ölkə kubokunda rəqib meydanlarında 25 və ya daha çox qol vuran 15-ci komandadır.

Qol sayını 27-yə çatdıran “Sabah”ın orta məhsuldarlığı 2,07-yə bərabərdir. Bu, ən azı 3 səfər oyununa çıxan komandalar arasında ən yüksək göstəricidir.

“Sabah” kubokdakı ilk səfər qolunu 2018/2019-cu illər mövsümündə 1/8 finalın “Ağsu” ilə qarşılaşmasında vurub – 3:0.

“Kəpəz” isə Azərbaycan Kubokunda 35-ci məğlubiyyətini alıb. Bu, 1/4 finalın “Turan Tovuz”la görüşünə təsadüf edib. Qərb derbisində qeydə alınan 0:2 hesablı yenilgi Gəncə klubu üçün kubokda 35-ci olub. “Kəpəz” 114-cü matçında bu qədər məğlubiyyət alıb. Gəncə təmsilçisi evdə 16, səfərdə 19 dəfə uduzub.

Azərbaycan Kubokunda yalnız “Neftçi” (43) və MOİK (42) daha çox məğlub olub.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı