27 sentyabr 2026. Bazar günü

Leandro Andrade "Qarabağ"ın heyətində 200-cü oyununa çıxıb


Leandro Andrade "Qarabağ"ın heyətində 200-cü oyununa çıxıb

Leandro Andrade “Qarabağ”da 200-cü oyununu keçirib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, portuqaliyalı yarımmüdafiəinin yubileyi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib.

Leandro 200 qarşılaşmada 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyinib.

Qeyd edək ki, Andrade “Qarabağ”da 2021/22 mövsümündə debüt edib.







Misli Premyer liqa