9 mart 2026. Bazar ertəsi

“Qarabağ”dan 6 qolluq qələbə, “Şamaxı” – “İmişli” oyunu qolsuz bitdi


“Qarabağ”dan 6 qolluq qələbə, “Şamaxı” – “İmişli” oyunu qolsuz bitdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turun qarşılaşmalarından birində "Şamaxı" doğma meydanda "İmişli" ilə üz-üzə gəlib. Qarşılaşmada tərəflər hesabı aça bilməyiblər və oyun qolsuz bərabərliklə başa çatıb – 0:0.

Bu nəticədən sonra “Şamaxı” xallarının sayını 27-yə çatdıraraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “İmişli” isə 22 xalla 9-cu yerdə qalıb.

Tur çərçivəsində keçirilən digər matçda "Qarabağ" öz meydanında "Araz-Naxçıvan" komandasını qəbul edib. Görüş Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:0.

“Qarabağ”ın heyətində Leandro Andrade və Camilo Durán hərəyə iki qol vuraraq dubl müəllifi olublar. Digər qolları isə Jony Montiel və Musa Qurbanlı rəqib qapısından keçiriblər.

Bu qələbədən sonra xallarını 49-a çatdıran “Qarabağ” turnir cədvəlində 2-ci pillədəki mövqeyini qoruyub. “Araz-Naxçıvan” isə 33 xalla 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax" ilə 1:1 hesablı heç-heçə edib. XXIII tura martın 10-da yekun vurulacaq.







Misli Premyer liqa

Mövsümdə ilk, tarixdə 35-ci
  • Misli Premyer liqa
  • 13:03 06.03.2026
Mövsümdə ilk, tarixdə 35-ci
“Turan Tovuz” yarımfinala yüksəldi
  • Misli Premyer liqa
  • 17:00 05.03.2026
“Turan Tovuz” yarımfinala yüksəldi