14 aprel 2026. Çərşənbə axşamı

"Zirə" heç-heçə etdi, "Neftçi" uduzdu


 "Zirə" heç-heçə etdi, "Neftçi" uduzdu

Misli Premyer Liqasında XXIII turun oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tur çərçivəsində baş tutan görüşlərdən birində "Zirə" doğma meydanda "Kəpəz" ilə üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib və 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Eren Aydın, oyuna əlavə olunmuş dəqiqələrdə isə Ruan Renato vurub. Qonaqların heyətində isə 32-ci dəqiqədə Rauf Hüseynli, 51-ci dəqiqədə isə Diogo Verdasca fərqləniblər.

Bu nəticədən sonra “Zirə” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. 17 xalı olan “Kəpəz” isə onuncu sırada yer alır.

Turun digər oyununda "Neftçi" doğma meydanda "Turan Tovuz" ilə qarşılaşıb.

“Palms Sports Arena”da keçirilən görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1. Oyunda yeganə qolu 56-cı dəqiqədə Joarlem Santos vurub.

Bu qələbədən sonra xallarının sayını 44-ə çatdıran Turan Tovuz turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Neftçi” isə 31 xalla yeddinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" – "Karvan Yevlax" (1:1), "Şamaxı" – "İmişli" (0:0) bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan" üzərində 6:0 hesablı qələbə qazanıb.

XXIII tura martın 10-da yekun vurulacaq.







Misli Premyer liqa

“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
  • Misli Premyer liqa
  • 10:22 13.04.2026
Son 16 mövsümdə ilk: 2-ci het-trik
“Turan Tovuz”dan vacib qələbə
  • Misli Premyer liqa
  • 22:13 12.04.2026
“Turan Tovuz”dan vacib qələbə
“Neftçi”dən vacib 3 xal
  • Misli Premyer liqa
  • 22:14 11.04.2026
“Neftçi”dən vacib 3 xal