11 mart 2026. Çərşənbə

Andradedən 40-cı qol, “Turan Tovuz”dan 50-ci qələbə


 Andradedən 40-cı qol, “Turan Tovuz”dan 50-ci qələbə

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.

Peşəkar Futbol Liqasından 90deqiqe.Az-a bildirilib ki, bu, Misli Premyer Liqasının XXIII turuna təsadüf edib. Naxçıvan təmsilçisi “Qarabağ”la səfər matçında 0:6 hesabı ilə uduzub. Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. “Araz-Naxçıvan”ın ilk belə matçı 2000-ci il sentyabrın 9-da “Neftçi”yə qarşı olub. Bakı klubu səfərdə 7 cavabsız qol vurub. Xatırladaq ki, “Araz-Naxçıvan” “Qarabağ”la son üç görüşdə böyükhesablı məğlubiyyət alıb – 0:5, 1:5, 0:6.

Həmçinin “Qarabağ”ın futbolçusu Leandro Andrade Premyer Liqada 40-cı qolunu vurub. Portuqaliyalı yarımmüdafiəçinin yubiley qolu 127-ci oyununa təsadüf edib. O, Misli Premyer Liqasının XXIII turunun “Araz-Naxçıvan”la görüşündə (6:0) dubl müəllifi olub. Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb. Premyer Liqada 2021/2022-ci illər mövsümündə debüt edən və yalnız “Qarabağ”da çıxış edən Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb. Yarımmüdafiəçi 41 qol vuran Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomeş, Baqali Daboya şərik çıxıb.

Bundan başqa, “Turan Tovuz” Premyer Liqada 50-ci qələbəsini qazanıb. Qərb təmsilçisinin yubileyi Misli Premyer Liqasının XXIII turuna təsadüf edib. Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0. 50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.

Qeyd edək ki, 2022/2023-cü illər mövsümündən Premyer Liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.







Misli Premyer liqa

“Sabah” “Qəbələ”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:22 10.03.2026
“Sabah” “Qəbələ”ni darmadağın etdi
Mövsümün ən böyükhesablı qələbəsi
  • Misli Premyer liqa
  • 14:48 10.03.2026
Mövsümün ən böyükhesablı qələbəsi
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
  • Misli Premyer liqa
  • 10:52 10.03.2026
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
 "Zirə" heç-heçə etdi, "Neftçi" uduzdu
  • Misli Premyer liqa
  • 22:38 09.03.2026
"Zirə" heç-heçə etdi, "Neftçi" uduzdu
Mövsümdə ilk, tarixdə 35-ci
  • Misli Premyer liqa
  • 13:03 06.03.2026
Mövsümdə ilk, tarixdə 35-ci