15 aprel 2026. Çərşənbə

“Turan Tovuz” ev oyunlarını Sumqayıtda keçirəcək


“Turan Tovuz” ev oyunlarını Sumqayıtda keçirəcək

“Turan Tovuz” futbol klubu ev oyunlarını müvəqqəti olaraq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. Bildirilib ki, Tovuz şəhər stadionunun ot örtüyündə yaranan problemlə əlaqədar klubun ev qarşılaşmalarını müvəqqəti olaraq başqa stadionda keçirməsi zərurəti yaranıb.

Qeyd olunub ki, əvvəllər “Turan Tovuz”un ev oyunlarını müvəqqəti olaraq “Azersun Arena”da keçirməsinə icazə verilmişdi. Lakin həmin stadionun da təmirə bağlanması səbəbindən klub PFL-ə yeni müraciət ünvanlayıb.

Son təhlillər və mütəxəssis rəylərinə əsasən, Tovuz şəhər stadionunun ən tez aprel ayının ortalarında tam hazır vəziyyətə gətirilə biləcəyi müəyyənləşdirilib. Bu səbəbdən PFL “Turan Tovuz”un Misli Premyer Liqasının XXV tur qarşılaşmasını, eləcə də Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verib.

Həmin qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun vəziyyəti yenidən qiymətləndiriləcək və XXVI turdan etibarən komandanın ev oyunlarının doğma meydanda keçirilib-keçirilməyəcəyi ilə bağlı əlavə qərar qəbul olunacaq.







Misli Premyer liqa

"Qəbələ"də yeni müqavilə
  • Misli Premyer liqa
  • 11:18 14.04.2026
"Qəbələ"də yeni müqavilə
“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
  • Misli Premyer liqa
  • 10:22 13.04.2026
Son 16 mövsümdə ilk: 2-ci het-trik
“Turan Tovuz”dan vacib qələbə
  • Misli Premyer liqa
  • 22:13 12.04.2026
“Turan Tovuz”dan vacib qələbə