5 avqust 2026. Çərşənbə

“Sabah” “Qəbələ”ni darmadağın etdi


“Sabah” “Qəbələ”ni darmadağın etdi

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun oyunları başa çatıb.

90deqiqe.Az xəbər verir ki, turun son qarşılaşmasında turnir cədvəlinin lideri “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 7:1.

Bu nəticədən sonra xallarının sayını 56-ya çatdıran “Sabah” turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 16 xalı olan “Qəbələ” isə 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” – “İmişli” matçı qolsuz bərabərliklə başa çatıb. “Karvan-Yevlax” – “Sumqayıt” görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb, “Zirə” – “Kəpəz” qarşılaşması isə 2:2 hesabı ilə nəticələnib.

Tur çərçivəsində “Qarabağ” “Araz-Naxçıvan” üzərində 6:0 hesablı qələbə qazanıb, “Turan Tovuz” isə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı