15 aprel 2026. Çərşənbə

“Sabah”dan ən böyükhesablı ev qələbəsi: İki rekord təkrarlandı


“Sabah”dan ən böyükhesablı ev qələbəsi: İki rekord təkrarlandı

“Sabah” Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasının XXIII turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib. 

Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutub. 2022/23 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn “Sabah” eyni uğuru evdə təkrarlayıb.

“Sabah” Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsinin də təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.







Misli Premyer liqa

"Qəbələ"də yeni müqavilə
  • Misli Premyer liqa
  • 11:18 14.04.2026
"Qəbələ"də yeni müqavilə
“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
  • Misli Premyer liqa
  • 10:22 13.04.2026
Son 16 mövsümdə ilk: 2-ci het-trik
“Turan Tovuz”dan vacib qələbə
  • Misli Premyer liqa
  • 22:13 12.04.2026
“Turan Tovuz”dan vacib qələbə