20 sentyabr 2026. Bazar günü

Neftçi'nin 8-ci qış çempionluğu


Neftçi'nin 8-ci qış çempionluğu
Azərbaycan Premyer Liqasında qış çempionu məlum olub.

Corner.az məlumat verir ki, “Neftçi”nin qış fasiləsinə lider olaraq yollanacağı rəsmiləşib. Xalını 32-yə çatdıran Roberto Bordinin komandası ilin son turunun nəticələrindən asılı olmayaraq fasiləyə 1-ci pillədə yollanacağını təmin edib.

Xatırladaq ki, bu “Neftçi”nin Azərbaycan çempionatları tarixində 8-ci qış çempionluğudur. Bakılılar 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11 və 2011/12 mövsümlərində də qış fasiləsinə lider kimi yollanmışdı.“Neftçi”dən əlavə“Qarabağ” 6, “Kəpəz”lə “İnter” (indiki “Keşlə”) hərəyə 3 dəfə qış çempionu olub. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik”in (indiki “Şüvəlan”) hərəyə 1 belə uğuru var.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol