28 aprel 2026. Çərşənbə axşamı

"Araz-Naxçıvan"dan qələbə, "Sumqayıt" uduzdu


 "Araz-Naxçıvan"dan qələbə, "Sumqayıt" uduzdu

 Misli Premyer Liqasında XXIV turun oyunları start götürüb.

90deqiqe.Az xəbər verir ki, günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" klubu "Karvan-Yevlax"ı qəbul edib. Liv Bona Dea Arenada keçirilən görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 37-ci dəqiqədə Hamidu Keyta açıb. Üç dəqiqə sonra Ba-Muaka Simakala fərqi artırıb. Qonaqların yeganə qolunu isə 51-ci dəqiqədə Kayl Spens vurub.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran “Araz-Naxçıvan” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Karvan-Yevlax” isə 8 xalla sonuncu – 12-ci sırada qalır.

Turun ikinci matçında "Sumqayıt" doğma meydanda "Şamaxı" ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.

Görüşdə yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

Bu qələbədən sonra xallarını 30-a çatdıran “Şamaxı” 8-ci pillədə qərarlaşıb. “Sumqayıt” isə 32 xalla 6-cı sıradadır.

Qeyd edək ki, Misli Premyer Liqasında XXIV tura martın 15-də yekun vurulacaq.







Misli Premyer liqa

"Turan Tovuz" evdə "Zirə" ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:00 27.04.2026
"Turan Tovuz" evdə "Zirə" ilə heç-heçə etdi
“Qarabağ” “Neftçi”yə divan tutdu
  • Misli Premyer liqa
  • 21:05 26.04.2026
“Qarabağ” “Neftçi”yə divan tutdu
“Şamaxı” evdə “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 17:56 26.04.2026
“Şamaxı” evdə “Kəpəz”i məğlub etdi