18 aprel 2026. Şənbə

“Sabah” “İmişli”ni darmadağın etdi


“Sabah” “İmişli”ni darmadağın etdi

Misli Premyer Liqasının XXIV turu çərçivəsində daha bir qarşılaşma keçirilib.

90deqiqe.Az xəbər verir ki, günün ilk oyununda “Sabah” komandası “İmişli”nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş Bakı təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:0.

“Bayquşlar”ın qollarını 10-cu dəqiqədə Stiv Solvet, 15-ci (penalti) və 35-ci dəqiqələrdə Coy-Lens Mikels, 49-cu dəqiqədə Kahim Parris, 73-cü dəqiqədə isə Aleksey İsayev (penalti) vurub.

Bu nəticə ilə çempionatın lideri “Sabah” xallarının sayını 59-a çatdırıb. “İmişli” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçında “Zirə” komandası “Qarabağ”ı qəbul edəcək.

Qeyd edək ki, tur martın 15-də yekunlaşacaq. Ötən gün keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı 2:1, “Şamaxı” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

“Neftçi” “Zirə” ilə heç-heçə edib
  • Misli Premyer liqa
  • 22:06 17.04.2026
“Neftçi” “Zirə” ilə heç-heçə edib
“Qarabağ” 700 manat cərimələnib
  • Misli Premyer liqa
  • 12:43 15.04.2026
“Qarabağ” 700 manat cərimələnib
"Qəbələ"də yeni müqavilə
  • Misli Premyer liqa
  • 11:18 14.04.2026
"Qəbələ"də yeni müqavilə
“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord