21 iyun 2026. Bazar günü

Qərb derbisində qalib müəyyənləşmədi


Qərb derbisində qalib müəyyənləşmədi

Misli Premyer Liqasının XXIV turunda qərb derbisi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, "Kəpəz" və "Turan Tovuz" komandaları Yevlax şəhər stadionunda üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rəhman Hacıyev açıb. Qonaq komandanın bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.

Bu nəticədən sonra avrokuboklara iddialı "Turan Tovuz" 45 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 17 xalı olan Kəpəz isə onuncu sırada yer alır.

Qeyd edək ki, turun digər oyunlarında "Araz-Naxçıvan" "Karvan-Yevlax" üzərində 2:1 hesablı qələbə qazanıb. "Şamaxı" "Sumqayıt"ı 1:0, "Sabah" "İmişli"ni 5:0, "Qarabağ" isə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
  • Misli Premyer liqa
  • 12:49 20.06.2026
“Sabah” Rodriqo Fernandeşi transfer etdi