10 may 2026. Bazar günü

“Neftçi” səfərdə “Qəbələ”ni məğlub etdi


“Neftçi” səfərdə “Qəbələ”ni məğlub etdi

Misli Premyer Liqasının XXIV turunda növbəti oyun keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 19-cu dəqiqədə penalti zərbəsindən Seydina Keyta açıb. Lakin 22-ci dəqiqədə Bassala Sambu bərabərlik qolunu vurub.

İkinci hissədə isə Emin Mahmudov 69-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. 77-ci dəqiqədə Murad Məmmədov fərqlənərək oyunun yekun hesabını müəyyənləşdirib – 3:1.

Bu qələbədən sonra "Neftçi" xallarının sayını 34-ə çatdıraraq turnir cədvəlində altıncı pilləyə yüksəlib. "Qəbələ" isə 16 xalla on birinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib. "Şamaxı" "Sumqayıt" üzərində 1:0 hesablı qələbə qazanıb. "Sabah" "İmişli"ni 5:0 hesabı ilə darmadağın edib. "Qarabağ" isə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib. "Kəpəz" – "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib – 1:1.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol