2 may 2026. Şənbə

Tarixdə 9-cu


Tarixdə 9-cu

“Turan Tovuz”un qapıçısı Sergey Samokun Misli Premyer Liqasındakı quru seriyası qırılıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı qolkiper mövsümdə ilk qolunu XXIV turun “Kəpəz”lə səfər matçında (1:1) buraxıb.

Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qolkiper sonuncu dəfə 2024/25 mövsümünün XXXIV turunda qol buraxıb. O, “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib. 

Hacıyevin qoluna qədər Sergey 812 quru dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atan 9-cu əlcək sahibi olub.

 

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə

2. Xalidu Sissoko (“Bakı”) – 985 

3. Xalidu Sissoko (“Bakı”) – 971

4. Camaləddin Əliyev (“Qarabağ”) – 958 

5. Pavel Doroşev (“Qəbələ”) – 952

6. Elxan Həsənov (“Neftçi”) – 943

7. Dmitri Bezotosnı (“Qəbələ”) - 915

8. Boyan Pavloviç (“Qarabağ”) – 828

9. Sergey Samok (“Turan Tovuz”) - 812







Misli Premyer liqa

“Qarabağ” “700”ə çatdı
  • Misli Premyer liqa
  • 11:39 28.04.2026
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
  • Misli Premyer liqa
  • 11:27 28.04.2026
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
  • Misli Premyer liqa
  • 11:21 28.04.2026
XXI əsrin antirekordu