16 mart 2026. Bazar ertəsi

Premyer Liqada 300-cü, tarixdə 400-cü


Premyer Liqada 300-cü, tarixdə 400-cü

Misli Premyer Liqasının XXIV turu “Şamaxı” üçün ikiqat yubileylə əlamətdar olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb.

“Şamaxı” “Sumqayıt”la səfər görüşündə 1:0 hesabına sevinib. Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.

“Şamaxı” turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox oyunda qalib gəlib. 1999/2000 mövsümündə “Xəzər Universiteti” kimi debüt edən komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də “Xəzər”lə (Sumqayıt) ev görüşündə əldə edib.

Azərbaycan kubokunda 60, avrokuboklarda 16, birinci liqada 16, “Birlik kuboku”nda 8 qələbəsi olan “Şamaxı”  bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi