27 sentyabr 2026. Bazar günü

“Araz-Naxçıvan” səfərdə “Şamaxı”ya qalib gəldi


“Araz-Naxçıvan” səfərdə “Şamaxı”ya qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutub. “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib.

Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1.

Bu nəticədən sonra “Araz-Naxçıvan” xallarının sayını 39-a çatdıraraq 5-ci pillədə qərarlaşıb. “Şamaxı” isə 30 xalla 8-ci yerdə qalıb.

Turun növbəti oyunları martın 19-da, 20-də və 21-də keçiriləcək.







Misli Premyer liqa