4 may 2026. Bazar ertəsi

“Zirə” səfərdə qələbə qazandı


“Zirə” səfərdə qələbə qazandı

Misli Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Zirə” səfərdə “Karvan-Yevlax”ın qonağı olub. Yevlax şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Görüşdə yeganə qolu 79-cu dəqiqədə Anatoli Nuriyev vurub.

Bu nəticədən sonra “Zirə” xallarının sayını 42-yə çatdıraraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Karvan-Yevlax” isə 8 xalla sonuncu – 12-ci sıradadır.

Tur çərçivəsində günün digər oyununda lider “Sabah” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Matç saat 19:15-də start götürəcək.

Qeyd edək ki, turun açılış görüşündə “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Turun digər qarşılaşmaları – “Kəpəz” – “Qarabağ” və “Neftçi” – “İmişli” oyunları martın 20-də keçiriləcək.







Misli Premyer liqa

“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi