24 iyun 2026. Çərşənbə

“Kəpəz” “Qarabağ”ı minimal hesabla məğlub etdi


“Kəpəz” “Qarabağ”ı minimal hesabla məğlub etdi

Misli Premyer Liqasında XXV turun növbəti qarşılaşması sürpriz nəticə ilə yadda qalıb.

90deqiqe.Az-ın məlumatına görə, tur çərçivəsində "Qarabağ" səfərdə "Kəpəz" ilə üz-üzə gəlib. Yevlaxda keçirilən oyunda Ağdam təmsilçisi gözlənilmədən minimal hesabla məğlub olub – 0:1. Qarşılaşmanın taleyini 45-ci dəqiqədə Fərid Nəbiyevin vurduğu qol həll edib.

Bu məğlubiyyət çempionluq uğrunda mübarizə aparan “Qarabağ” üçün ciddi zərbə olub. Komanda 52 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Kəpəz” isə 21 xalla sonuncu – 10-cu sırada yer alır.

Turun digər maraqlı oyununda "Neftçi" doğma meydanda "İmişli" ilə qarşılaşacaq. Matç saat 19:15-də start götürəcək.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı, "Zirə" isə "Karvan Yevlax"ı eyni hesabla – 1:0 məğlub edib. "Sabah" isə öz meydanında "Sumqayıt" üzərində 3:1 hesablı qələbə qazanıb.

XXV tura martın 21-də keçiriləcək "Turan Tovuz" – "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer