5 may 2026. Çərşənbə axşamı

“Neftçi” “İmişli”ni darmadağın etdi


“Neftçi” “İmişli”ni darmadağın etdi

Misli Premyer Liqasının XXV turunda “Neftçi” öz meydanında “İmişli”ni sınağa çəkib.

 90deqiqe.Az-ın məlumatına görə, “Palms Sports Arena”da keçirilən qarşılaşmada paytaxt klubu rəqibini 6:0 hesabı ilə məğlub edib. Qolları Breno Almeyda (12-ci dəqiqə), İmad Faraj (15 və 50-ci dəqiqələr), Emil Səfərov (19 və 60-cı dəqiqələr) və Emin Mahmudov (54-cü dəqiqə) vurublar.

Bu qələbə ilə “Neftçi” 37 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “İmişli” isə 22 xalla doqquzuncu sırada qalır.

Qeyd edək ki, XXV turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı, "Zirə" "Karvan-Yevlax"ı, "Sabah" isə "Sumqayıt"ı məğlub edib. Turda ən böyük sürpriz isə "Kəpəz"in "Qarabağ" üzərində 1:0 hesablı qələbəsi olub.







Misli Premyer liqa

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi