AFFA İntizam Komitəsinin iclası keçirilib.
Corner.az AFFA-ya istinadən məlumat verir ki, iclasda bu qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqasının 13-cü turunun “Sabah” – “Neftçi” matçının 33-cü dəqiqəsində “Neftçi” klubunun 18 №-li futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 70-ci dəqiqəsində “Sabah” klubunun 25 №-li futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 84-cü dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanır, klub 16000 manat cərimə olunur (maddə 81).
“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. “Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödənilsin.
1 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XIII turunun “Sumqayıt” – “Səbail” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
2 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” – “Zirə” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 61-ci dəqiqəsində “Zirə” klubunun 91 №-li futbolçusu Bilal Həmdi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
3 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – “Keşlə” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
30 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Zirə-2” – “Şüvəlan” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
29 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Keşlə-2” – “Neftçi-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 40-cı dəqiqəsində “Keşlə” klubunun 35 №-li futbolçusu Şirməhəmməd Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
29 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Sabah-2” – “Ağsu” matçının 49-cu dəqiqəsində “Ağsu” klubunun 7 №-li futbolçusu Elnur Səmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
30 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Zaqatala” – MOİK matçının 30-cu dəqiqəsində MOİK klubunun 1 №-li futbolçusu İsmayıl Muradov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 33-cü dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyinə görə 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
30 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Kəpəz” – “Səbail-2” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
3 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun X turunun təxirə salınmış “Neftçi-2” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
2 dekabr 2018-ci il, Region Liqasının, “Neftçala” – “Ərkivan” matçının 88-ci dəqiqəsində “Neftçala” klubunun 3 №-li futbolçusu Ədalət Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 89-cu dəqiqəsində “Neftçala” klubunun 4 №-li futbolçusu Vüqar Səlimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
29 noyabr 2018-ci il, U-16 Liqasının, “Zirə” – “Neftçi” İK İB matçının 68-ci dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Cəfər Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 62).
2 dekabr 2018-ci il, Coca Cola U-13 Liqasının, “Hacıqabul Şərq” – “Ağsu” matçında “Ağsu” klubunun baş məşqçisi Sönməz Quliyev hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.5).
2 dekabr 2018-ci il, U-12 Liqasının, “Neftçi” İK İB – “Sahil” FA matçında “Neftçi” İK İB klubunun baş məşqçisi Tural Kərimov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.5).
24 noyabr 2018-ci il, Yüksək qızlar Liqasının, “Zaqatala” – “Qəbələ” matçında “Zaqatala” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Oyunun 44-cü dəqiqəsində “Zaqatala” klubunun məşqçisi Ceyhun Zurabov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.5).
1 delabr 2018-ci il, Yüksək qızlar Liqasının “8 №-li İOEUGİM” – “Zaqatala” matçının 85-ci dəqiqəsində “Zaqatala” klubunun 11 №-li futbolçusu Aysun Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).