7 avqust 2026. Cümə

Elmar Baxşıyev: “Neftçi” bundan maksimum istifadə etdi


Elmar Baxşıyev: “Neftçi” bundan maksimum istifadə etdi
Qəbələ'nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə ev oyununu şərh edib.

Corner.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 0:3 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib: 
 
“Oyunun çətin keçəcəyini təxmin edirdik. “Neftçi” heyətinə görə yaxşı balanslaşmış komandadı. Rasim Ramaldanovun birinci hissədə zədələnməsindən sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan maksimum istifadə etdi. Bunu ustalıq səviyyəsi ilə izah edərdim. “Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür. Gənc komandayıq. Artırmaq üçün potensialımız var. Komandaya inanırıq. Gənc futbolçularımız matçdan-matça daha yaxşı oyun göstərəcəklər. Biz də istəyərdik ki, doğma meydanımızda azarkeşlərimizi sevindirək. Lakin istəyimiz alınmadı. “Neftçi” layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm. Komandanı görüşə hazırlayarkən müdafiədən oynamaq barədə düşünmürdük. Amma rəqibin ustalığı daha üstün olduğundan bizi müdafiədə oturmağa məcbur etdi. Rasim Ramaldanovun dizi şişib, indi nə isə demək çətindi. O, üç gündən sonra müayinə olunacaq”.






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı