17 aprel 2026. Cümə

Roberto Bordin: Yaramızı az da olsa, sağaltmış olduq


Roberto Bordin: Yaramızı az da olsa, sağaltmış olduq
Neftçi'nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, italiyalı mütəxəssis 3:0 hesablı qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Futbolçularımı təbrik edirəm. Çox yaxşı oynadıqları üçün onlara təşəkkür edirəm. Komandamızın meydana çıxan və çıxmayan üzvlərinin hamısına minnətdaram. Çünki hamısı qələbəyə köklənmişdi. İlk hissədə bir neçə qol epizodu yaratsaq da, fərqlənə bilmədik. Buna baxmayaraq, fasilədən sonra Tural Axundovun vurduğu qol oyumunuzu açdı, daha da gözəlləşdirdi. Bu qol oyunumuza görə bir növ hədiyyə oldu”.
 
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Azarkeşlərin nə qışqırdıqlarını başa düşmürdüm. Çünki əvvəldən sondadək oyuna köklənmişdim. Çempionatın necə bitəcəyini indidən deyə bilmərəm, amma bu qələbə çox vacib idi. Monrozun həftəboyu bir az ağrıları var idi deyə, məşqlərə gec qoşuldu. Namiq isə məşqlərdə özünü yaxşı göstərmişdi. Buna görə də ona ilk dəqiqələrdən şans verdim. Geniş heyətimiz var deyə, çalışıram rotasiya edim. Deyərdim ki, bizdə yara vardı. Yaramızı az da olsa, sağaltmış olduq. Bu qələbə bizə psixoloji baxımdan üstünlük verəcək. Oyunumuzu daha da yaxşılaşdırmağa, qələbələri sıralamağa çalışacağıq”.






Misli Premyer liqa

“Qarabağ” 700 manat cərimələnib
  • Misli Premyer liqa
  • 12:43 15.04.2026
“Qarabağ” 700 manat cərimələnib
"Qəbələ"də yeni müqavilə
  • Misli Premyer liqa
  • 11:18 14.04.2026
"Qəbələ"də yeni müqavilə
“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri