26 sentyabr 2026. Şənbə

"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi


"Zirə" səfərdə "Turan Tovuz"u məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan ilk matçda "Zirə" səfərdə "Turan Tovuz" üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Eren Aydın (55) və Leroy Mikels (88) vurub.

Yarımfinalın digər oyunu bu gün keçiriləcək. Turnirin son qalibi "Sabah" paytaxtda "Qarabağ" ilə qarşılaşacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.

Raundun cavab matçları isə aprelin 21-22-də baş tutacaq.







Misli Premyer liqa