7 may 2026. Cümə axşamı

3 xal çox vacib idi - Səbail'in məşqçisi


3 xal çox vacib idi - Səbail'in məşqçisi
Azərbaycan Premyer Liqasında VI turun “Sabah” – “Səbail” (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırıb.

Corner.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:
 
- Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsunlar ki, 3 xal qazandıq.
 
- Hücum xəttində vəziyyət necədi?
- Ötən oyunda hücumçularımız zəif çıxış etmişdi. Sadəcə, fikirlərim düz ifadə olunmamışdı. Bu gün isə komanda şəklində yaxşı oynadıq.
 
- Demişdiz ki, Ponomaryovla görüşməmisiz. İndi yəqin ki, müzakirələriniz olub...
- Biz komandanı bir yerdə hazırladıq. İqor müəllimin gəlişindən sonra komandada sıçrayış var. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq.
 
- İqor Ponomaryov ilk oyunda qələbə qazandı. Ancaq mətbuatda bir neçə mütəxəssisin adı “Sabah”la hallanır. Sizcə, Ponomaryov qalmalıdı, yoxsa...
- Mən bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı yuxarı qaldırmağa çalışmaqdı.
 
- Bu qələbənin böyük geridönüşün başlanğıcı olduğunu demək olar?
- 3 xal çox vacib idi.
 
- Ukraynalı mütəxəssis Yuri Vernidub stadionda idi...
- Məlumatım yoxdu.
 
- “Sabah”ın qollarının heç birini hücumçular vurmadı...
- Futbol komanda oyunudu.
 
- Bəs amplualar üzrə bölünmə niyədi?
- Sadəcə, bu gün fikirləşdiklərimiz alındı.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi