7 avqust 2026. Cümə

Tərlan Əhmədov: Heç kimdən zəif deyilik


Tərlan Əhmədov: Heç kimdən zəif deyilik
Keşlə'nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
 
- Hər iki komandada gərginlik vardı, bunu əsasən də ikinci hissədə öz komandada gördüm. Fasilədə taktiki gedişlərdə bəzi dəyişiklik etdik, bunun da bəhrəsini gördük. Yaxşı oyun göstərərək, vacib 3 xal qazandıq. Hər iki komandanın ifasında yaxşı oyun oldu. Daha istəkli, daha yaxşı oyun göstərmək istəyirik. Futbolçuları təbrik edirəm. 
 
- Futbolçular naharda nə yemişdilər?
- Biz komandamızı sözlə motivasiya edirik. Bu motivasiyanın da əsası odu ki, biz heç kimdən zəif deyilik. 
 
- Deyəsən, bu sxemlə ilk dəfə çıxış edirdiz.
- Həftə ərzində məşqlərə baxıb, futbolçuları analiz edirik. Artıq komandada rəqabət var. Ruslan Qurbanovun təcrübəsindən istifadə edib, hücumun sonluğunu gətirmək üçün belə üsula əl atmışdıq






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı