23 may 2026. Şənbə

“Zirə” “Şamaxı” qarşısında qələbəni qaçırdı


“Zirə” “Şamaxı” qarşısında qələbəni qaçırdı

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, “Zirə” öz meydanında “Şamaxı” ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Matçın ilk hissəsində hesab açılmayıb. Qonaqlar 59-cu dəqiqədə azlıqda qalıblar – Dieqo Balau birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 66-cı dəqiqədə “Zirə”nin müdafiəçisi Ruan Renato penaltidən yararlana bilməyib. Buna baxmayaraq, meydan sahibləri 69-cu dəqiqədə Leroy Mikelsin qolu ilə hesabı açıb. Matçın son nöqtəsini isə 90+2-ci dəqiqədə Edqar Ədilxanov qoyub.

Bu nəticədən sonra “Zirə” xallarını 43-ə çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “Şamaxı” isə 31 xalla 8-ci sırada qalıb.

Qeyd edək ki, XXVI turun əvvəlki oyunlarında “Qəbələ” “Kəpəz”i 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1, “Qarabağ” “Karvan-Yevlax”ı 7:0 hesabı ilə məğlub edib. “İmişli” – “Turan Tovuz” görüşündə isə heç-heçə qeydə alınıb – 1:1. Tura bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Sabah” oyunu ilə yekun vurulacaq.







Misli Premyer liqa

“Qəbələ” “Şamaxı”ya qalib gəldi
  • Misli Premyer liqa
  • 20:20 21.05.2026
“Qəbələ” “Şamaxı”ya qalib gəldi
“Qarabağ” ilk transferini rəsmiləşdirdi
  • Misli Premyer liqa
  • 19:12 18.05.2026
“Qarabağ” ilk transferini rəsmiləşdirdi