5 avqust 2026. Çərşənbə

Felipedən 25-ci qol


Felipedən 25-ci qol

Felipe Santos Premyer Liqada 25-ci qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın braziliyalı legioneri Misli Premyer Liqasının XXVI turunun “Sabah”la ev oyununda (2:4) hesabı açıb.

O, 109-cu matçında “25”ə çatıb. Turnirdə 2021/22 mövsümündə debüt edən yarımmüdafiəçi üç klubda forma geyinib.

Santos “Şamaxı”da 6 (21 oyunda), “Qəbələ”də 3 (35 oyunda), “Araz-Naxçıvan”da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.  Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı