5 avqust 2026. Çərşənbə

Amerikalıların 10-cu het-triki - 35-ci legioner


Amerikalıların 10-cu het-triki  - 35-ci legioner

Misli Premyer Liqasının XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb.

Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V tura “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumo XVIII turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıb.

Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı